Məşhur kino aktrisası Bricit Bardo xəstəxanaya aparılıb.
AzPost bildirir ki, bu barədə “Var-Matin” qəzeti mənbəyə istinadən xəbər yayıb.
Məlumatda deyilir ki, fransız kino ulduzu Bricit Bardo cənubdakı Tulon şəhərində xəstəxanaya yerləşdirilib.
Qəzetin məlumatına görə, 91 yaşlı aktrisa təxminən 10 gün əvvəl Sen-Jan xəstəxanasına yerləşdirilib və orada qalır.
