Məşhur kosmetika şirkəti Rusiya bazarını tərk etdi

Fransa ilə ABŞ-ın müştərək kosmetika şirkəti “Coty” Rusiya bazarındakı fəaliyyətini dayandırıb.
Azpost.info xəbər verir ki, “Reuters” bu barədə şirkətin bəyanatına istinadən yazır.
“Coty” 80 marka altında məhsullar istehsal edən nəhəng şirkətdir. Onların arasında “Max Factor”, “Rimmel” və “CoverGirl”, “Alexander McQueen”, “Guess”, “Londa”, “Balenciaga”, “Chlo”, “Davidoff”, “Gucci”, “Hugo Boss”, “Kylie Skin”, “Marc Jacobs”, “Bottega Veneta”, “Burberry”, “Calvin Klein”, “Miu Miu”, “Tiffany & Co.” kimi, məşhur brendlər var.
Şirkətin 2021-ci ildəki satışlarının təqribən 3 faizi (4,63 milyard dollar) Rusiyanın payına düşüb.
Azpost.info
Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.