Məşhur türk futbolçusu Almaniya klubuna məşqçi təyin olunub

Türkiyənin “Antalyaspor” komandası ilə yollarını ayıran Nuri Şahin Almaniyanın “Borussiya” (Dortmund) klubuna məşqçi təyin olunub.

Klubun rəsmi saytının məlumatına görə, türkiyəli mütəxəssis sabiq komandasının baş məşqçisi Edin Terziçin texniki heyətində yer alacaq. Onunla yanaşı, “sarı-qaralar”ın digər keçmiş futbolçusu Sven Bender də eyni vəzifədə çalışacaq. Hər iki veteran futbolçu ilə 2025-ci ilin yayınadək müqavilə imzalanıb.

Qeyd edək ki, 2001-ci ildə “Borussiya”ya transfer olan Nuri Şahin fasilələrlə ümumilikdə 11 il dortmundluların formasını geyinib. Sven Bender isə 2009-2017-ci illərdə Almaniya nəhəngində çıxış edib.

Əvvəlki məqalə

Cəlilabadda 4 və 7 yaşlı bacılar kanalda boğulublar

Sonrakı məqalə

Sabah İranla yeni sərhəd-keçid məntəqəsinin açılışı olacaq