Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Araşdırma

Mətbəxdəki təhlükəli 10 əşyanın adı açıqlandı

Orkhan Ali 02 İyun 2025 - 11:57 (Last updated: 02 İyun 2025 - 11:57)
Qabyuyan

Qabyuyan

Yeni araşdırmalar gündəlik istifadə etdiyimiz mətbəx əşyalarının sağlamlığımıza ciddi təhlükə yaratdığını üzə çıxarıb.

AzPost bildirir ki, mətbəx çoxları üçün evin ən ləzzətli guşəsi sayılsa da, alimlər xəbərdarlıq edirlər ki, burada gizlənən görünməz təhlükələr insan sağlamlığını risk altına atır. Son elmi məlumatlara əsasən, tezgahdan tutmuş qabyuyan maşına qədər bir çox məişət texnikası demans, xərçəng və sepsis kimi xəstəliklərlə əlaqələndirilir. Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (CDC) bildirir ki, yalnız ABŞ-da hər il qida ilə əlaqəli xəstəliklər səbəbindən üç minə yaxın insan həyatını itirir.

Mütəxəssislərin xüsusi vurğuladığı məqam qabyuyan maşının yaratdığı təhlükədir. Kvinslend Universitetinin alimləri araşdırmalarında qeyd ediblər ki, plastik qabların qabyuyan maşında yuyulması nəticəsində zəhərli mikroplastiklər yaranır. Bu hissəciklər qan-beyin baryerini keçə bilir və demans riskini artırır. Hətta bu mikroplastiklər xərçəng, infarkt və sonsuzluq kimi fəsadlara da səbəb ola bilər.

Süngərlər, qabuyuyanlar, dəzgahlar və kəsmə lövhələri də bakteriya mənbəyi sayılır. Süngərin hər kvadrat santimetrində milyardlarla mikrob yaşayır ki, bunların arasında Staphylococcus aureus və Pseudomonas aeruginosa kimi təhlükəli bakteriyalar var. Lavaboların isə tualetdən daha çirkli olduğu aşkarlanıb. Ən böyük təhlükə isə çiy ətlə işlədilən, sonra yuyulmadan tərəvəz üçün istifadə edilən doğrama taxtalarından gəlir.

Böyük Britaniyada aparılan tədqiqat plastik doğrama taxtalarının istifadəsinin daha riskli olduğunu göstərib. Ekspertlər taxta lövhələrin nisbətən təhlükəsiz olduğunu bildirirlər, lakin onların da gigiyenik saxlanması vacibdir.

AzPost.az

Post navigation

Previous: Klinik ölümdən qayıdan blogger
Next: Zeytun aptekləri dərmanı baha satdığı üçün cərimələndi

Oxşar xəbərlər

qob01
  • Araşdırma

Qobustanda min illərin sirri – Qədim insanlar heyvanları torla necə ovlayırdı?

User 24 Oktyabr 2026 - 11:02
bel aqrisi
  • Araşdırma

Bel ağrısı zamanı bu səhvi etməyin – Həkimdən vacib xəbərdarlıq

User 21 Oktyabr 2026 - 17:33
axc02
  • Araşdırma

SSRİ televiziyasının arxivindən çıxdı – 1990-cı il mayın 28-də Bakıda nələr yaşanıb? / VİDEO

User 21 Oktyabr 2026 - 16:23

xƏBƏR

mehriban teatr01
  • Mədəniyyət

Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib

User 02 Noyabr 2026 - 00:28
Noyabrın 1-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Bakı Beynəlxalq İncəsənət Festivalı (BIAF-2026) çərçivəsində “Zikra: xatirələr gecəsi”...
Read more about Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib
Netanyahu müharibəni yenidən başlamaq üçün Trampa təzyiq göstərir tramp netanyahu
  • Dünya

Netanyahu müharibəni yenidən başlamaq üçün Trampa təzyiq göstərir

User 01 Noyabr 2026 - 23:02
Tramp İlham Əliyevi G20 sammitinə dəvət etdi ilham tramp 01
  • Baş Yazı

Tramp İlham Əliyevi G20 sammitinə dəvət etdi

User 01 Noyabr 2026 - 21:46
İmkan olsaydı, yenidən prezidentliyə namizədliyimi irəli sürərdim – TRAMP Tramp
  • Dünya

İmkan olsaydı, yenidən prezidentliyə namizədliyimi irəli sürərdim – TRAMP

User 01 Noyabr 2026 - 21:28
Ağacların yarpaqları payızda niyə qızarır? payız
  • Maraqlı

Ağacların yarpaqları payızda niyə qızarır?

User 01 Noyabr 2026 - 19:00
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.