Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Araşdırma

Məhəmməd Əmin Rəsulzadənin oğlunun Bakıda dəfni –

User 25 İyul 2026 - 15:38 (Last updated: 25 İyul 2026 - 15:43)
resulzade defn

AXC-nin qurucusu Məhəmməd Əmin Rəsulzadənin oğlu Azər Rəsulzadənin 1993-cü ildə dəfni ilə bağlı görüntülər yayımlanıb. 

Azpost.info bildirir ki, 1993-cü il iyulun 8-də Qazaxıstanda vəfat edən Azər Rəsulzadənin nəşi  o zaman yenicə Milli Məclisin sədri seçilmiş, prezident səlahiyyətlərini icra edən Heydər Əliyevin sərəncamı ilə Bakıya gətirilib.

Azər Rəsulzadənin oğlu, əməkdar rəssam Raid Rəsulzadə Azpost.info-ya müsahibəsində bu dəfnin detallarını açıqlamışdı. Onun sözlərinə görə,  Həmin vaxt Gəncədə Sürət Hüseynov qiyamı baş vermişdi. Əbülfəz Elçibəy Kələkiyə getmişdi. Respublikaya Heydər Əliyev rəhbərlik edirdi: “Mən Bakıya zəng vurub nəşi gətirmək üçün kömək etmələrini xahiş etdim. Zəng vururam Murtuz Ələsgərova, digərlərinə…Heç kim gedib Heydər Əliyevə demir məlumatı. Axırda AYB sədri Anar demişdi ki, bəs Məhəmməd Əmin Rəsulzadənin oğlu Azər vəfat edib. Heydər  Əliyev əsəbi halda “hələ nəşi gətirməmisiniz?” -deyib və dərhal təyyarə ayrılmasına göstəriş verib. Zəng gəldi ki, hazır olun Bakıdan xüsusi təyyarə gəlir. Nümayəndə heyəti gəldi: Hidayət Orucov, 7-8 nəfər gəlmişdi. Sürgündə atamın tələbəsi olan Murtuz Sadıxov da bizimlə gəldi. Azərbaycan onda MDB-nin üzvü deyildi. Cənazəni sənədləşdirmək problemi yarandı.  Hava limanında şöbə müdiri mənim sinif yoldaşım çıxdı. O məsələni həll elədi. Gətirdik Bakıya. Akademiyada vida mərasimi oldu. Dövlət rəsmiləri gəlmişdi. Təklif elədilər Fəxri Xiyabanda dəfn olunsun. Amma vəsiyyətinə görə Novxanıya, babasının yanında dəfn elədik”.

Onun dəfni ilə bağlı Dövlət Komissiyası yaradılıb. Komissiyanın sədri o zaman dövlət katibi vəzifəsini tutan Lalə -Şövkət Hacıyeva təyin olunub.

Görüntülərdə A.Rəsulzadənin cənazəsinin Yasamalda mənzildən çıxarılaması və dəfni əks olunub. Dəfn mərasimində Dövlət katibi Lalə-Şövkət Hacıyeva, prezidentin müşaviri, yazıçı Hidayət və Bakı şəhəri icra hikmiyyətinin başçısı Rafel Allahverdiyev iştirak edir.

Azər Rəsulzadə Bakının Novxanı kənd qəbiristanlığında, ailə məzarlığında babasının yanında torpağa tapşırılıb.

Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin ailə üzvlərinin taleyi sovet repressiyalarının ən ağır səhifələrindən biridir. Bu faciəli taleyi yaşayanlardan biri də onun kiçik oğlu Azər Rəsulzadə olub.

Azpost.info-nun təqdim etdiyi tarixi araşdırmada Məhəmməd Əmin Rəsulzadənin oğlu Azər Rəsulzadənin həyat yoluna nəzər salırıq.

Atasını cəmi iki aylıq olarkən gördü

Azər Rəsulzadə 1920-ci il iyunun 15-də Bakının Novxanı kəndində dünyaya gəlib. O, atası Məhəmməd Əmin Rəsulzadənin artıq bolşevik hakimiyyəti tərəfindən həbs olunduğu dövrdə doğulub.

Tarixi mənbələrə görə, Azər atasını cəmi bir dəfə – iki aylıq körpə olarkən görüb. Həmin günlərdə İosif Stalinin göstərişi ilə Məhəmməd Əmin Rəsulzadə Moskvaya aparılarkən ona qısa müddətə ailəsi ilə vidalaşmaq imkanı verilib.

Məhz həmin görüş zamanı Məhəmməd Əmin bəy yeni doğulan oğluna Azər adını verib. Bu, ata ilə oğulun ilk və son görüşü olub.

17 yaşında sürgünə göndərildi

1937-ci ildə SSRİ-də repressiyaların ən ağır dövründə Azər Rəsulzadə də sovet hakimiyyətinin təqiblərinə məruz qalıb.

Cəmi 17 yaşı olarkən o, Qazaxıstana sürgün edilib. Beləliklə, Məhəmməd Əmin Rəsulzadənin oğlu ömrünün 56 ilini doğma Vətənindən uzaqda keçirmək məcburiyyətində qalıb.

Qazaxıstanda müəllim və rəssam kimi çalışdı

Sürgün həyatı Azər Rəsulzadəni ruhdan salmayıb. O, Qazaxıstanda rəssam və pedaqoq kimi fəaliyyət göstərib. İncəsənətə böyük maraq göstərən Azər Rəsulzadənin tar alətində, xüsusilə “Bayatı-Şiraz” muğamını böyük məharətlə ifa etdiyi də xatirələrdə qeyd olunur.

Vətənə son dönüş

Azər Rəsulzadə 1993-cü il iyulun 8-də Qazaxıstanın Karaqanda şəhərində vəfat edib. Müstəqilliyini bərpa etmiş Azərbaycanın rəhbərliyinin qərarı ilə onun cənazəsi doğma vətənə gətirilib. Azər Rəsulzadə Bakının Novxanı kənd qəbiristanlığında, ailə məzarlığında babasının yanında torpağa tapşırılıb.

Repressiyanın simvollarından biri

Azər Rəsulzadənin həyatı sovet repressiyalarının təkcə siyasi xadimləri deyil, onların ailələrini də necə ağır talelərlə üz-üzə qoyduğunu göstərən ən təsirli nümunələrdən biridir.

X.SƏFƏRLİ

https://azpost.info/wp-content/uploads/2026/07/AQPSP8hJyZ6x8Ae9fTjba3a3nD3SK6eG4FjeKQXe-6etDT8nSdEjxYl91SxFiwdJ00JVHcJp2tyWEvkldnFGFrDKPAz3RdsA6CyB2Frocg.mp4

AzPost.az

Post navigation

Previous: Ukrayna Xəzər dənizində Rusiyaya zərbələr endirdiyini açıqladı
Next: Gürcüstan DTX elektrik enerjisi kəsintiləri ilə bağlı araşdırmaya başlayıb

Oxşar xəbərlər

qob01
  • Araşdırma

Qobustanda min illərin sirri – Qədim insanlar heyvanları torla necə ovlayırdı?

User 24 Oktyabr 2026 - 11:02
bel aqrisi
  • Araşdırma

Bel ağrısı zamanı bu səhvi etməyin – Həkimdən vacib xəbərdarlıq

User 21 Oktyabr 2026 - 17:33
axc02
  • Araşdırma

SSRİ televiziyasının arxivindən çıxdı – 1990-cı il mayın 28-də Bakıda nələr yaşanıb? / VİDEO

User 21 Oktyabr 2026 - 16:23

xƏBƏR

abs iran danisiq
  • Dünya

ABŞ İranla birbaşa danışıqlara başlayır? – Dohada ilkin razılaşma əldə olundu

User 31 Oktyabr 2026 - 22:39
ABŞ nümayəndə heyəti İranla birbaşa danışıqlara qoşula bilər. Qətərin “Al-Araby Al-Jadeed” qəzeti Qətər və Pakistanın vasitəçilik səyləri...
Read more about ABŞ İranla birbaşa danışıqlara başlayır? – Dohada ilkin razılaşma əldə olundu
Qaxda 7 nəfər qidadan zəhərlənib, 5-i Bakıya təxliyə edilib Tibbi Yardım
  • Sosial

Qaxda 7 nəfər qidadan zəhərlənib, 5-i Bakıya təxliyə edilib

User 31 Oktyabr 2026 - 21:55
ABŞ İranla bağlı çoxsaylı məsləhətləşmələr aparır – Dövlət katibi rubio
  • Dünya

ABŞ İranla bağlı çoxsaylı məsləhətləşmələr aparır – Dövlət katibi

User 31 Oktyabr 2026 - 21:27
İrana qarşı yeni müharibə planı – Türkiyə və Səudiyyə Ərəbistanı Trampdan nə istəyir? abs iran savas
  • Dünya

İrana qarşı yeni müharibə planı – Türkiyə və Səudiyyə Ərəbistanı Trampdan nə istəyir?

User 31 Oktyabr 2026 - 18:54
Rusiya ilə Ukrayna arasında sülh sazişi G20 sammitində imzalana bilər – Tramp Tramp
  • Dünya

Rusiya ilə Ukrayna arasında sülh sazişi G20 sammitində imzalana bilər – Tramp

User 31 Oktyabr 2026 - 18:34
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.