Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Məleykə Abbaszadə açıqladı –

User 08 Sentyabr 2026 - 13:45 (Last updated: 08 Sentyabr 2026 - 13:34)
meleyke

2027-ci ildə keçiriləcək buraxılış və qəbul imtahanlarında ciddi dəyişiklik nəzərdə tutulmur.

Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə bildirib ki, 9 və 11-ci siniflər üzrə buraxılış imtahanlarının, eləcə də ali məktəblərə qəbul imtahanlarının proqramları hazırlanır və yaxın günlərdə DİM-in saytında yerləşdiriləcək.

Onun sözlərinə görə, proqramların hazırlanması zamanı 5–11-ci siniflərdə hazırda istifadə olunan dərsliklər, əvvəlki nəşrlərlə müqayisə və fənn kurikulumlarının tələbləri nəzərə alınıb.

2027-ci il imtahan proqramlarında ciddi dəyişiklik olmayacaq

Məleykə Abbaszadə qeyd edib ki, proqramların məzmununda ciddi dəyişiklik yoxdur. Yalnız redaktə xarakterli düzəlişlər aparılıb.

O, xüsusilə yeni dərsliklərlə bağlı məsələyə aydınlıq gətirib. Yeni kurikulum əsasında hazırlanan dərsliklərdə maliyyə və media savadlılığı, rəqəmsal bacarıqlar, kibertəhlükəsizlik, problem həlli, tədqiqat, tənqidi və yaradıcı düşünmə kimi mövzulara daha çox yer verilir.

Lakin hazırda 11-ci sinifdə təhsil alan şagirdlər bu yeni dərsliklər üzrə təhsil almadıqları üçün həmin nəşrlərdəki yeni materiallar 2027-ci ilin imtahan proqramlarına daxil edilməyəcək.

DİM sədri vurğulayıb ki, imtahan proqramlarına yalnız şagirdlərin tədris prosesində keçdiyi mövzular daxil edilib. Dərsliklərdən kənar mövzular imtahana salınmayacaq.

9-cu siniflərin imtahan modeli dəyişmir

2027-ci ildə 9-cu siniflər üzrə buraxılış imtahanında 2026-cı ildə tətbiq olunan model qüvvədə qalacaq.

11-ci siniflərin buraxılış imtahanında isə yalnız xarici dil fənni üzrə dəyişiklik olacaq.

Xarici dil üzrə şagirdlərin yazı bacarığını yoxlamaq üçün yeni tapşırıq forması tətbiq ediləcək. Şagirdlər verilmiş sual və ya fikir əsasında fakt və mülahizələrini ifadə edən kiçikhəcmli mətn yazmalıdırlar.

Qəbul imtahanlarında dəyişiklik yoxdur

Ali təhsil müəssisələrinə qəbul imtahanlarının modelində isə heç bir dəyişiklik nəzərdə tutulmur.

Beləliklə, 2026-cı ildə tətbiq olunan qəbul imtahanı modeli 2027-ci ildə də qüvvədə qalacaq.

Məleykə Abbaszadə şagird və valideynlərə hazırlıq zamanı qeyri-rəsmi məlumatlara deyil, DİM-in açıqlayacağı rəsmi imtahan proqramlarına əsaslanmağı tövsiyə edib. Proqramlar dərc edildikdən sonra hər bir fənn üzrə imtahana salınacaq mövzularla əvvəlcədən tanış olmaq mümkün olacaq.

AzPost.az

Post navigation

Previous: “Dərslikdə “Keçi” şerinə bir səhifə həsr etməyə dəyməz” –
Next: Bu il 1100-dən çox kişiyə ödənişli atalıq məzuniyyəti verilib

Oxşar xəbərlər

yanacaqdolruma
  • Sosial

Şimal rayonlarında yanacaq qıtlığı yaranıb? – SOCAR-dan açıqlama

User 23 Oktyabr 2026 - 19:45
gemi
  • Sosial

PUA ilə vurulan gəmidəki Azərbaycan vətəndaşları xilas edilib

User 23 Oktyabr 2026 - 19:03
5fb00d32-131d-45ae-a848-ff4a2a4e5205
  • Sosial

LDU tələbələrindən uşaq evlərinə sitrus sovqatı

User 23 Oktyabr 2026 - 17:08

xƏBƏR

serhed rus esas
  • İqtisadiyyat

Azərbaycanla Rusiya arasındakı sərhəd-keçid imkanları 5 dəfə artıb

User 23 Oktyabr 2026 - 20:30
Rusiya ilə Azərbaycan arasındakı sərhəd-keçid imkanlarının buraxılış qabiliyyəti son altı ildə təxminən 5 dəfə artıb. Bu barədə...
Read more about Azərbaycanla Rusiya arasındakı sərhəd-keçid imkanları 5 dəfə artıb
Axşam yeməyində bu 5 qidaya üstünlük verin – Həzmi, yuxunu yaxşılaşdırır qida axsam
  • Maraqlı

Axşam yeməyində bu 5 qidaya üstünlük verin – Həzmi, yuxunu yaxşılaşdırır

User 23 Oktyabr 2026 - 20:15
Robert Koçaryanın həbs müddəti daha 2 ay uzadıldı kocaryan
  • Dünya

Robert Koçaryanın həbs müddəti daha 2 ay uzadıldı

User 23 Oktyabr 2026 - 20:07
Google telefon nömrənizi bütün hesablarınıza bağlaya bilər – bunu necə dayandırmalı? google podkast
  • Maraqlı

Google telefon nömrənizi bütün hesablarınıza bağlaya bilər – bunu necə dayandırmalı?

User 23 Oktyabr 2026 - 20:05
Pendirin ürəyə faydası nədir? – Alimlər maraqlı nəticə açıqladı pendirler
  • Maraqlı

Pendirin ürəyə faydası nədir? – Alimlər maraqlı nəticə açıqladı

User 23 Oktyabr 2026 - 19:55
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.