Mərhum Rasim Balayevin yerinə 2 namizəd irəli sürüləcək –FOTO

Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin iclası keçirilib. 
Azpost.info bildirir ki, bu barədə AKİ məəlumat yayıb.
Mayın 8-də baş tutan iclasında  AKİ-nin birinci katibi, Xalq artisti Şəfiqə Məmmədovanın təklifi ilə AKİ-nin mərhum sədri, Xalq artisti Rasim Balayevin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
AKİ-nin icraçı katibi Əli İsa Cabbarov son altı ay görülmüş işlər haqqında iclas iştirakçılarına məruzə edib. İdarə heyəti görülmüş işləri qənaətbəxş hesab edilib.
İdarə heyəti AKİ-nin konfransının mayın son həftəsi ərzində keçirilməsini qərara alıb.
Konfransın gündəliyinə İdarə Heyətinin məruzəsi və sədr seçkiləri daxil edilib.
İdarə Heyəti sədr vəzifəsinə mümkün namizədlər müzakirə edilib. Müzakirələrdə Xalq artistləri Həmidə Ömərova, Şükufə Yusupova, Vaqif Mustafayev, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu, Firəngiz Qurbanova, kinodramaturqlar Eldəniz Quliyev, Əmir Pəhləvan, Kamran Qasımov, kinorejissorlar Türkan Hüseynova, Tahir Tairoviç, Əli isa Cabbarov çıxışlarda iştirak edib.
İdarə heyətinin qərarına əsasən, konfransa iki namizədin verilməsi qərara alınıb. Katibliyə konfransın keçirilmə yerini təsdiq etməsi və təşkilati məsələləri həll etmək həvalə edilib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.