Mərkəzi Bank 4 mənzili hərraca qoydu-1 milyon 500 minə satdı  

Mərkəzi Bank Bakıda eyni ünvanda yerləşən 4 mənzili hərracda 1 milyon 500 min manata satıb.

Azpost.info bildirir ki, bu barədə Əmlak Komitəsinin məlumatında bildirilir.

Mərkəzi Bankın balansında olan daşınmaz əmlakların satışı üzrə 18 fevral 2026-cı ildə hərrac keçirilib.

Bakı şəhəri Nəsimi rayonu, 28 May küçəsi, ev 21A ünvanındakı mənzil 14, mənzil 8, mənzil 29 və mənzil 47 hərraca çıxarılıb.

Mənzillərin hər birinin sahəsi 124 kv.m olub.

Mənzillər müvafiq olaraq 374 min manata satılıb.

Həmin mənzillərə aid olan qarajlar da hərraca qoyulub. Hər 3 qaraj 145 min manata satılıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.