Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Ölkə

Maaş və təqaüd problemindən sonra məzuniyyət qalmaqalı

Orkhan Ali 06 Mart 2025 - 16:12 (Last updated: 21 May 2025 - 20:15)
Dövlət Gömrük Komitəsi

Dövlət Gömrük Komitəsi

“Dövlət Gömrük Komitəsi tərəfindən əməkdaşlara məzuniyyətlə bağlı qanunsuz şəkildə ərizə yazdırılır”.
Bu iddia ilə “Qafqazinfo”ya bir qrup gömrük əməkdaşı müraciət edib. Onların sözlərinə görə, ötən il üzrə istifadə olunmamış məzuniyyət günləri 2025-ci ilin əsas məzuniyyətinə birləşdirilir.
DGK tərəfindən hüquqlarının pozulduğunu deyən işçilər bu prosesin onlara seçim haqqı verilmədən, iradələrinə zidd şəkildə həyata keçirildiyini deyirlər: “Əmək Məcəlləsinin 135.2-ci maddəsinə əsasən, əməkdaş iş ili ərzində məzuniyyətindən istifadə etmədikdə ona istifadə olunmamış günlərə görə kompensasiya ödənilməlidir. Eyni zamanda, Məcəllənin 134.5-ci maddəsinə görə, tərəflərin qarşılıqlı razılığı ilə istifadə olunmamış məzuniyyət növbəti iş ilinə keçirilə bilər. Bənzər tələblər “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 87 və 91-ci bəndlərində də təsbit olunub. Həmin sənədə əsasən, gömrük əməkdaşları istifadə etmədikləri məzuniyyət günlərinə görə kompensasiya almalı və ya bu günləri növbəti ilə keçirə bilərlər. Həmçinin Əsasnamənin 109-cu bəndinə görə, əməkdaşlar hər il əsas məzuniyyətə çıxarkən biraylıq əməkhaqqı həcmində müavinət əldə etməlidirlər. Lakin Dövlət Gömrük Komitəsində baş verənlər bu hüquqi tələblərlə uzlaşmır”.
Şikayətçilərin iddiasına görə, işçilərə hətta 2024-cü ildən qalan istifadə edilməmiş məzuniyyət günlərindən yararlanmadan 2025-ci ilin məzuniyyətinə çıxmaq qadağan edilib. Nəticədə, əməkdaşlar həm istirahət hüququndan məhrum edilib, həm də onlara məzuniyyətə çıxdıqda verilməsi nəzərdə tutulan biraylıq müavinətin ödənilməməsi halı yaranıb.
Problemlə bağlı Dövlət Gömrük Komitəsinə müraciət ünvanladıq. Qurumdan sorğumuza belə cavab aldıq: “Gömrük orqanlarının vəzifəli şəxsləri qanunvericiliyə və müəyyən edilmiş qrafikə uyğun olaraq məzuniyyətə çıxırlar və bu zaman gömrük orqanlarının vəzifəli şəxslərinə qanunvericilikdə nəzərdə tutulan bütün ödənişlərin ödənilməsi təmin edilir”.
Qeyd edək ki, bir müddət öncə Dövlət Gömrük Komitəsində maaşlar da gecikdirilib. Belə ki, qurumun işçiləri ötən ilin oktyabrından bəri ala bilmədikləri əməkhaqlarını bu il yanvarın sonunda əldə edə bildilər. Bu yöndə daha bir iddia isə Dövlət Gömrük Akademiyasında təhsil alan tələbələrin dekabr və yanvar ayları üçün təqaüdlərini ala bilmədikləri barədə də yayılmışdı.

Post navigation

Previous: Bu şəxslərə vəzifə verildi
Next: Novruz tətilində haralarda istirahət etmək olar?

Oxşar xəbərlər

savkat baki
  • Ölkə

Özbəkistan prezidenti Şavkat Mirziyoyev Bakıya gəlib

User 14 Oktyabr 2026 - 18:59
tokayev
  • Ölkə

Qazaxıstan Prezidenti Azərbaycana səfərə gəldi

User 14 Oktyabr 2026 - 17:38
mudir esebi zeher
  • Ölkə

Mübahisədən sonra ən çətin barışan bürclər

User 13 Oktyabr 2026 - 15:27

xƏBƏR

narko
  • Sosial

Narkotacirlər ələ keçdi- 82 kilo narkotik və 6 min həb tutuldu

User 23 Oktyabr 2026 - 16:09
Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsi narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyatlar keçirib. Bu...
Read more about Narkotacirlər ələ keçdi- 82 kilo narkotik və 6 min həb tutuldu
Təzyiqi normal saxlamaq üçün neçə stəkan su içmək lazımdır? Su içmək
  • Maraqlı

Təzyiqi normal saxlamaq üçün neçə stəkan su içmək lazımdır?

User 23 Oktyabr 2026 - 15:40
Neftçalada qulaqcıq velosipedçinin həyatına son qoydu – VİDEO velo qeza
  • Sosial

Neftçalada qulaqcıq velosipedçinin həyatına son qoydu – VİDEO

User 23 Oktyabr 2026 - 15:26
Qızılın qiyməti ucuzlaşır – 4000 dollar həddi təhlükə altındadır? dollar qizil
  • İqtisadiyyat

Qızılın qiyməti ucuzlaşır – 4000 dollar həddi təhlükə altındadır?

User 23 Oktyabr 2026 - 15:23
Beyin 30 yaşdan sonra qocalmağa başlayır? – Alimlər mühüm dəyişiklikləri açıqladı Beyin
  • Maraqlı

Beyin 30 yaşdan sonra qocalmağa başlayır? – Alimlər mühüm dəyişiklikləri açıqladı

User 23 Oktyabr 2026 - 15:16
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.