Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Macarıstan NATO-dakı roluna yenidən baxacaq

Orkhan Ali 24 May 2024 - 15:15 (Last updated: 21 May 2025 - 20:15)
NATO Secretary General visits Hungary

Macarıstan hökuməti Alyansın Ukraynadakı hərbi missiyasında iştirak etmək istəmədiyi üçün ölkəsinin NATO-dakı roluna yenidən baxır.

Azpost.info xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban bildirib.

Orban onu da qeyd edib ki, Qərb siyasətçilərinin bəyanatları və mətbuatda dərc olunan nəşrlər Avropanın Rusiyaya qarşı müharibəyə hazırlaşdığını göstərir. Onun sözlərinə görə, Macarıstan buna qarşıdır: “Hökumətdə müharibədə iştirak etmədən NATO-nun üzvü olaraq necə qala biləcəyimizi müəyyən etmək üçün iş gedir”.

Hökumət başçısı etiraf edib ki, bu vəziyyət qəribə görünür, çünki bütün qeyd-şərtlərə baxmayaraq, Macarıstan Şimali Atlantika Alyansının üzvü olaraq qalmaq niyyətindədir.

“NATO tarixində bir üzv dövlətin Macarıstanın indiki kimi açıq şəkildə xüsusi mövqe tutduğu bir çox vəziyyət olmayıb. Ona görə də onun Alyansdakı roluna yenidən baxılmalıdır. Hazırda hüquqşünaslarımız və hərbçilərimiz bununla məşğuldur. Bu məsələni Macarıstan diplomatiyası həll etməlidir”, – Orban bildirib.

Eyni zamanda o, Macarıstanın NATO-nun Ukraynada mümkün əməliyyatlarında iştirak etmək niyyətində olmadığını təkrarlayıb. Ölkə bunun üçün vəsait ayırmayacaq, ora silah göndərməyəcək, hətta Ukrayna ordusu üçün nəzərdə tutulan silahların saxlanması üçün ərazisini belə, ayırmayacaq.

“Bu mövqe Ukraynadakı münaqişənin hərbi yolla həll edilə bilməyəcəyi, qalibin ola bilməyəcəyi, yalnız sülh danışıqları yolu ilə həll oluna biləcəyi qənaətindən irəli gəlir”, – Orban qeyd edib.

Azpost.info

Post navigation

Previous: Nazir müavini “80 manat veteran pulu niyə artırılımır?” sualına cavab verdi
Next: Netanyahu ABŞ Konqresində çıxış edəcək

Oxşar xəbərlər

netanyahu
  • Dünya

Netanyahu parlament çoxluğunu itirdi – Hökumət böhranı yarana bilər

User 29 Oktyabr 2026 - 20:30
Almaniya
  • Dünya

Almaniya Litvada Rusiyaya qarşı elektron kəşfiyyat aparacaq

User 29 Oktyabr 2026 - 20:20
vens
  • Dünya

İran ABŞ-ın vitse-prezidentinin məktubuna cavab verməyib – Tehran susur

User 29 Oktyabr 2026 - 19:47

xƏBƏR

netanyahu
  • Dünya

Netanyahu parlament çoxluğunu itirdi – Hökumət böhranı yarana bilər

User 29 Oktyabr 2026 - 20:30
İsrailin Baş naziri Benyamin Netanyahunun rəhbərlik etdiyi koalisiya parlament seçkilərində Knessetdə 53 mandat qazanıb. Bununla da hökumət...
Read more about Netanyahu parlament çoxluğunu itirdi – Hökumət böhranı yarana bilər
Almaniya Litvada Rusiyaya qarşı elektron kəşfiyyat aparacaq Almaniya
  • Dünya

Almaniya Litvada Rusiyaya qarşı elektron kəşfiyyat aparacaq

User 29 Oktyabr 2026 - 20:20
Gəzərkən baldırınız ağrıyırsa, diqqətli olun – həkim xəstəliyin əlamətini açıqladı ayaq key
  • Maraqlı

Gəzərkən baldırınız ağrıyırsa, diqqətli olun – həkim xəstəliyin əlamətini açıqladı

User 29 Oktyabr 2026 - 20:10
Kartof zərərlidir, yoxsa faydalı? – Bu məhsulla bağlı 5 mif açıqlandı kartof qaynadilmis
  • Maraqlı

Kartof zərərlidir, yoxsa faydalı? – Bu məhsulla bağlı 5 mif açıqlandı

User 29 Oktyabr 2026 - 20:00
İran ABŞ-ın vitse-prezidentinin məktubuna cavab verməyib – Tehran susur vens
  • Dünya

İran ABŞ-ın vitse-prezidentinin məktubuna cavab verməyib – Tehran susur

User 29 Oktyabr 2026 - 19:47
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.