Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Macarıstan Kiyevə yardıma “hə” deməyin müqabilində Aİ-dən 30 milyard istəyir

User 13 Dekabr 2023 - 17:11 (Last updated: 21 May 2025 - 20:15)
64315543ggg

Macarıstan 2027-ci ilə qədər Ukraynaya 50 milyard avro yardımı təsdiqləyəcək. Bir şərtlə ki, Avropa İttifaqı Budapeştə 30 milyard yardımı blokdan çıxarsın.

Azpost.info xəbər verir ki, bunu Macarıstan Baş naziri Viktor Orbanın baş siyasi müşaviri Balazs Orban “Bloomberg”ə deyib.

“Avropa İttifaqının Macarıstanı maliyyələşdirməsi və Ukraynaya maliyyə ayırması iki ayrı məsələdir. Amma Ukraynaya maliyyənin dəyişdirilmiş Aİ büdcəsindən gəlməsində israr edirlərsə, o zaman iki məsələ bir-birinə bağlıdır”, – Balazs Orban bildirib.

Onun sözlərinə görə, Budapeşt öz mövqeyini dəyişməyib və Ukraynaya yardımın dörd illik planına qarşıdır: “Əvəzində Macarıstan Aİ-nin büdcəsində dəyişiklik edilmədən Kiyevin maliyyələşdirilməsini bir il müddətinə təsdiq etməyi təklif edir. Brüssel bu yanaşma ilə razılaşarsa, Macarıstan yardım paketinə töhfə verməyi nəzərdən keçirəcək”.

Aİ qanunun aliliyi və rüşvətxorluq problemlərinə görə Macarıstana təxminən 30 milyard avroluq transferləri dayandırıb. Bu məbləği açmaq üçün Budapeşt akademik azadlığın təmin edilməsindən tutmuş, sığınacaq verilməsinə qədər bir sıra tələbləri yerinə yetirməlidir. Budapeşt məhkəmələrin müstəqilliyinə yönəlmiş qanunları qəbul etdiyi üçün Aİ dekabrın 13-dək bu məbləğin 10 milyard avrosunu blokdan azad etməlidir. Lakin Baş nazir Orban bildirib ki, o, tam məbləğə ümid edir.

Azpost.info

Post navigation

Previous: Türkiyə Rusiyanı yumurta ilə tam təmin etməyə hazır olduğunu açıqlayıb
Next: “Elə bilirlər ki, Putinlə görüşmədikləri üçün o, gecələr yatmır” –

Oxşar xəbərlər

bomba teyare
  • Dünya

Tramp İrana yeni zərbə hazırlayır? – “Bütün bombaların anası” gündəmdə

User 30 Oktyabr 2026 - 15:22
zelenski
  • Dünya

Zelenski Putinə ərazi məsələsini müzakirə etməyə hazır olduğunu bildirdi

User 30 Oktyabr 2026 - 14:22
tdt bas katib yeni
  • Dünya

Türk Dövlətləri Təşkilatının yeni Baş katibi məlum olub

User 30 Oktyabr 2026 - 12:13

xƏBƏR

hamam
  • Maraqlı

65 yaşdan sonra həftədə neçə dəfə çimmək lazımdır?

User 30 Oktyabr 2026 - 18:09
65 yaşdan sonra şəxsi gigiyena ilə bağlı gündəlik vərdişlərə yenidən baxmaq lazım gələ bilər. Yaş artdıqca dəri...
Read more about 65 yaşdan sonra həftədə neçə dəfə çimmək lazımdır?
Yüksək təzyiqə qarşı faydalı tərəvəz – Kardioloq nəyi tövsiyə edir? urek
  • Maraqlı

Yüksək təzyiqə qarşı faydalı tərəvəz – Kardioloq nəyi tövsiyə edir?

User 30 Oktyabr 2026 - 17:55
Ərdoğan Ceyhun Bayramovu qəbul edib erdoqan ceyhun01
  • Baş Yazı

Ərdoğan Ceyhun Bayramovu qəbul edib

User 30 Oktyabr 2026 - 17:51
Oktyabrın 31-də maqnit qasırğası gözlənilir – Azərbaycana təsiri olacaqmı? maqnit
  • Maraqlı

Oktyabrın 31-də maqnit qasırğası gözlənilir – Azərbaycana təsiri olacaqmı?

User 30 Oktyabr 2026 - 17:46
Acqarına içilən bu içkilər mədəyə və qanda şəkərə zərər verə bilər cay kofe
  • Maraqlı

Acqarına içilən bu içkilər mədəyə və qanda şəkərə zərər verə bilər

User 30 Oktyabr 2026 - 17:40
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.