Macarıstan XİN başçısı koronavirusa yoluxub

Macarıstanın Xarici İşlər və Ticarət naziri Peter Siyarto yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Bu barədə “mti.hu” saytı məlumat yayıb.

Bildirilib ki, Macarıstanın XİN başçısının koronavirus testinin nəticəsi pozitiv çıxıb.

Qeyd olunub ki, hazırda Tailandda səfərdə olan nazir paytaxt Banqkokda özünü təcrid edib. Onda COVID‑19-un simptomları yoxdur. Nazir Macarıstana aparılacaq və karantinə alınacaq. APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ermənistanın atəşi nəticəsində 91 mülki şəxs həlak olub, 405 nəfər yaralanıb –

Sonrakı məqalə

Sabaha olan hava proqnozu