Macarıstanda təhsil almaq istəyənlərin nəzərinə –Sənəd qəbulu davam edir

Macarıstanda 2021-2022-ci tədris ili üçün təqaüd proqramına sənəd qəbulu davam edir.

Təhsil Nazirliyindən bildirilib ki, təqaüd proqramı Macarıstan İnsan Resursları Nazirliyi ilə 2017-ci il dekabrın 7-də imzalanmış “2018-2020-ci illər üzrə iş proqramı”na əsasən həyata keçirilir. Proqram Azərbaycan vətəndaşlarına müəyyən olunmuş ixtisaslar üzrə Macarıstanda təqaüd hesabına təhsil almaq imkanı yaradır.

Proqram çərçivəsində Macarıstan tərəfindən hər il 200 nəfər Azərbaycan vətəndaşı üçün təqaüd ayrılacağı nəzərdə tutulub.

Təqaüd proqramına sənəd qəbulu yanvarın 15-i saat 23:59-dək aparılacaq. Tələbələrin təqaüd proqramına qəbulu ilə bağlı Macarıstan tərəfinin yekun qərarının 2021-ci ilin iyun-iyul ayları ərzində təqdim olunması gözlənilir. Təqaüd proqramı çərçivəsində əlavə məlumatlar Təhsil Nazirliyinin saytında yerləşdirilən elanda verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Məcburi köçkünlər üçün tikilmiş 4700 mənzil “Qaçqınkom”un balansından çıxarıldı –

Sonrakı məqalə

Baydenin qələbəsindən sonra minlərlə immiqrant ABŞ sərhədinə doğru gəlir