Macarıstanın Baş naziri Viktor Orban Gürcüstana Avropa İttifaqının üzvlüyünə namizəd statusunun verilməsini ədalətli hesab edib.
Bu barədə V.Orban oktyabrın 12-də Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə Telavidə (Kaxetiya regionu) keçirdiyi birgə brifinqdə bildirib.
O deyib: “Bu cür addım Avropa İttifaqının da maraqlarına uyğundur. Son 20 ildə Avropa İttifaqına qəbul edilən Şərqi Avropa ölkələri təşkilata dinamizm, enerji gətirib. Bu genişləndirmə prosesi davam etdirilməsə, Avropa İttifaqı rəqabət qabiliyyətini itirəcək”.
Macarıstanın Baş naziri, həmçinin Avropa İttifaqının bir il bundan əvvəl Gürcüstana namizəd statusunu verməkdən imtina etməsindən Macarıstan tərəfinin çox məyus olduğunu və qəzəbləndiyini qeyd edib.