Maduro həbsxanadan oğluna mesaj göndərdi –Nə deyib?

Venesuela prezidenti Maduronun oğlu atasından vəkilləri vasitəsilə atasından “yaxşı olduğu”nu bildirən mesaj aldığını açıqlayıb.

AzPost bildirir ki, bu barədə “El Colombiano” nəşri xəbər verir.

Devrilmiş prezident Nikolas Maduronun oğlunun sözlərinə görə, atası  ABŞ-da “yaxşı” olduğunu, orada həbsdə olduğunu və narkotik qaçaqmalçılığına görə mühakimə olunacağını bildirib.

“Vəkillər bizə onun vəziyyətinin yaxşı olduğunu dedilər. O, bizə ruhdan düşməməyimizi istəyib” – deyə “Nikolassito” kimi tanınan Nikolas Maduro Guerra atasından sitat gətirərək bildirib.

“Qeyri-mütənasib güc tətbiq etməyə məcbur olduqları adamı hələ də məğlub edə bilməyiblər. O, güclüdür”, – deyə o əlavə edib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.