Maduronun geyimi trend oldu –Satış şirkəti şoka düşdü

Venesuela prezidenti Nikolas Maduro ABŞ qüvvələri tərəfindən əsir götürülərkən onun əynində olan «Nike»ın sonuncu kolleksiyasından olan boz idman geyimi trendə çevrilib.

Qiyməti təqribən 260 dollar olan bu kostyum Maduronun həbs fotosundan sonra ictimaiyyətin diqqətini çəkib.

Nəticədə dünəndən bəri internetdə «Nike» axtarışları bir neçə dəfə artdı.

Məhsula marağın artması səbəbindən bəzi ölçülərdə qıtlıq yaranıb. Bir neçə distribyutor satış həcmlərinin belə sürətlə artmasını “dəlilik” adlandırıb.

Yeri gəlmişkən, bu model 2013-cü ildə buraxılan və indiyədək populyar olan «Nike Tech Fleece»dir.

Xatırladaq ki, ABŞ-ın Venesuelaya hücumundan sonra Maduro və həyat yoldaşı tutularaq ölkədən çıxarılıb, onları məhkəmə gözləyir.

Donald Tramp ABŞ-ın Venesuelanı “hakimiyyətin ağlabatan keçidi “nə qədər idarə edəcəyini və Maduronun Amerika ədalət sisteminin qüdrəti ilə üzləşəcəyini bildirib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.