ABŞ tərəfindən qaçırılan Venesuela prezidenti Nikolas Maduronun oğlu Maduro Guerra parlamentdə çıxışı zamanı göz yaşlarını saxlaya bilməyib.
AzPost bildirir ki, çıxışına arabir ağlayaraq davam edən Maduro Querra atasına xitab edərək emosional ifadələr işlədib.
Maduro Guerra ailəsinin illər keçsə də güclü olduğunu vurğulayıb: “Ata, sənə deyirəm, ailədə hamımızı güclü etdin. Sən qayıdana qədər biz burada öz borcumuzu yerinə yetiririk. Ölkə etibarlı əllərdədir, ata!”.