Magistral su kəmərində qəza baş verib –Bakı-Qazax yolunu su basıb (VİDEO)

Bakı şəhərini içməli su ilə təmin edən Kür-Bakı magistral su kəmərinin Qaradağ rayonu ərazisində (Qaz Emalı Zavodunun yaxınlığı) gecə saatlarında baş vermiş qəza nəticəsində ətraf əraziləri, o cümlədən Bakı-Qazax avtomagistralını su basıb.

Bu barədə APA-ya “Azərsu”nun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib.

Hazırda “Azərsu” ASC-nin rəhbərliyi ərazidədir. Əraziyə xüsusi texnika, maşın-mexanizm, suyu kənarlaşdırmaq üçün nasoslar, qəza briqadaları cəlb olunub, lazımi tədbirlər görülür.

Qeyd edək ki, Qaradağ rayonu ərazisində yolu su basıb.

Lökbatan qəsəbəsi ərazisində avtomobil yolunu su basıb.

Avtomobillərin hərəkətində problemlər yaranıb. Məsələ ilə bağlı aidiyyatı qurumlar məlumatlandırılıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.