Magistratura üzrə sınaq imtahanının nəticələri elan olunub

Buraxılış imtahanlarının qrafiki
Buraxılış imtahanlarının qrafiki

Dövlət İmtahan Mərkəzi 18 yanvar 2026-cı il tarixində keçirilmiş magistratura səviyyəsinə qəbul imtahanı modelinə uyğun sınaq imtahanının yekun nəticələrini elan edib.

Bu barədə DİM-dən məlumat verilib.

Sınaq imtahanında bakalavrlara Məntiqi təfəkkürün yoxlanılması üçün 50 (o cümlədən açıq tipli 5), İnformatika üzrə 25 (o cümlədən açıq tipli 5) test tapşırığı, Xarici dil üzrə isə 20 (o cümlədən açıq tipli 2) test tapşırığı və yazı işi (esse) yerinə yetirmək üçün mövzu təqdim olunub.

İmtahan nəticələri hesablanarkən bakalavrın hər bir test tapşırığına düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir, esse maksimum 5 balla qiymətləndirilir. Beləliklə, imtahanda əldə oluna bilən maksimal nəticə 100 baldır.

Bakalavrlar sınaq imtahanının nəticələri ilə buradan tanış ola bilərlər.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.