Mağzada mebeli seçdi, evə fərqli göndərdilər- ŞİKAYƏT

Bəyim Ələkbərova sosial şəbəkədə paylaşdığı şikayətində m.style_mebel mağazasından verdiyi çarpayı sifarişi ilə bağlı narazılığını ifadə edib. O bildirib ki, iki çarpayı sifariş verib – tək və cüt nəfərlik – və vitrindəki məhsuldan istəmişdi. Tək nəfərlik çarpayı problemi olmadan gəlsə də, cüt nəfərlik çarpayı fərqli parça və modeldə təqdim olunub.

Müştəri qeyd edir ki, vitrindəki parça artıq 3 aydır bitmiş və mağaza ton fərqi “çox olmayan” parça ilə əvəz edib, amma bu barədə əvvəlcədən məlumat verməyib. Hətta usta çarpayının eyni rəngdə olduğunu sübut etməyə çalışsa da, faktiki olaraq məhsullar fərqlidir.

Şikayətçinin sözlərinə görə, məhsul 25 fevral gecə çatdırılıb, lakin dəyişdirilməyib və mağaza rəhbərliyi ilə əlaqə yaratmaq imkanı verilməyib. Eyni zamanda, çatdırılma vaxtı bir neçə gün gecikmiş və əvvəlcədən verilmiş əlavə təlimatlar nəzərə alınmayıb. Satıcının danışığı isə aqressiv olub.

Bəyim Ələkbərova mağazaya qarşı şikayətini həm də Antiinhisar orqanına təqdim etdiyini qeyd edir və digər müştəriləri diqqətli olmağa çağırır. O vurğulayır ki, seçilmiş rəngdə məhsul çatdırılmaya bilər və mağaza bəzi hallarda müştərini yanlış məlumatla yönləndirə bilər.

Bu şikayət mağazadan məhsul sifariş edərkən rəng, parça və model uyğunluğunu öncədən təsdiqləməyin vacibliyini göstərir və müştərilərin diqqətli olmaları tövsiyə olunur.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.