Mahir Emreli Çempionlar Liqasında rekorda şərik çıxıb

“Qarabağ”ın futbolçusu Mahir Emreli avrokuboklarda 5-ci qolunu vurub.

Apasport.az saytının məlumatına görə, hücumçunun yubiley topu Çempionlar Liqasının II təsnifat mərhələsinin “Şerif”lə matçına təsadüf edib.

Forvard moldovalılarla görüşdə komandasının ikinci qoluna imza atıb. Bu, onun mövsümdə ikinci qolu olub. Mahir Şimali Makedoniya “Sileks”i ilə I təsnifat mərhələsinin matçında (4:0) da fərqlənmişdi.

Emreli avrokuboklardakı bütün qollarını Çempionlar Liqasında vurub. O, 2017/18 mövsümündə “Kopenhagen” (Danimarka), ötən mövsüm “Dandolk” (Şimali İrlandiya) və APOEL-in (Kipr) qapısına yol tapıb.

Mahir Azərbaycan klublarının heyətində avrokuboklarda 5 və daha çox qol vuran 18-ci oyunçudur. Amma Emreli Çempionlar Liqasında vurulan qol sayında rekorda şərik olub. Heç bir futbolçu klublarımızın heyətində 5-dən artıq qol vurmayıb. Mahirə qədər bunu bacaran yeganə oyunçu isə Donald Geryedir. “Qarabağ”ın müdafiəçisi qitənin ən nüfuzlu klub turnirində 5 qol vurmaqla rekordçudur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Rezin burunlu” qeyri-adi balıq hər kəsi heyrətləndirdi –

Sonrakı məqalə

Dolların bu günə olan rəsmi məzənnəsi