Mahir Emreli Polşanın “Legiya” klubunda oynayacaq –Transfer rəsmiləşdi (FOTO)

Futbol üzrə Azərbaycan milli komandasının və “Qarabağ”ın hücumçusu Mahir Emrelinin Polşanın “Legiya” klubuna keçidi rəsmiləşib.
Matc.az xəbər verir ki, bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.
23 yaşlı futbolçu Polşa çempionu ilə 3+1 illik müqavilə bağlayıb. Mahir yeni komandasında “11” nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Azərbaycan millisində 26 oyuna çıxan və 4 qola imza atan Mahir Emreli, 2015-ci ildən “Qarabağ”ın uğurları üçün çalışırdı. Ağdam klubu ilə müqaviləsinin müddəti bu yay başa çatan hücumçu, “Legiya”ya azad agent kimi keçib.
Mahir Emreli Polşanın “Legiya” klubuna transferindən danışıb. 23 yaşlı futbolçu Polşa klubunun rəsmi saytına açıqlamasında bunları söyləyib: “Legiya”ya keçidimin əsas səbəbi bu komandanın daim titul uğrunda mübarizə aparması və avrokuboklarda çıxış hesabına inkişaf etmək istəyidir. Polşa çempionatı Azərbaycan Premyer Liqasından daha yaxşıdır. Bilirəm ki, burada oynamaqla bacarıqlarımı artıracağam. Komanda yoldaşlarımla məşqlərdə iştirak etməyi böyük səbirsizliklə gözləyirəm”.
Qeyd edək ki, Mahir Emreli bu gün “Legiya” ilə 3+1 illik müqaviləyə imza atıb.
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Virusa və İnfeksiyaya qarşı ən güclü immuniteti olan qan qrupları hansılardır?

Sonrakı məqalə

Naxçıvanda zəlzələ olub