Mahir Emrelinin oynayacağı yeni klub məlum olub

Azərbaycan millisinin futbolçusu Mahir Emreli karyerasını Almaniyanın “Kayzerslautern” klubunda davam etdirəcək.

Bu barədə “Sky Sport”un jurnalisti Florian Plettenberq X hesabında paylaşım edib.

Onun sözlərinə görə, 28 yaşlı hücumçunun transferi, demək olar ki, tamamlanıb. Təcrübəli forvard yaxın günlərdə tibbi müayinədən keçəcək. Daha sonra isə 2-ci Bundesliqa təmsilçisi ilə 3 illik müqaviləyə imza atacaq.

Qeyd edək ki, Mahir Emreli ötən mövsümü Almaniyanın digər klubu “Nürnberq”də keçirib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.