Bu gündən milyonlarla smartfonda WhatsApp işləməyəcək

1 fevraldan etibarən köhnəlmiş əməliyyat sistemlərini dəstəkləyən Android və iPhone qurğularının sahibləri Facebook-a məxsus proqram əlavəsini istifadə etmək imkanından məhrum olacaq.

WhatsApp bildirir ki, bu addım istehlakçıların təhlükəsizliyini təmin etmək üçün atılır.

“Öz xidmətinin təhlükəsizlik qalmasını təmin etmək üçün WhatsApp-ın başqa yolu yox idi. Lakin tətbiqin köhnə smartfonlara uyğun olmadığı çətin yan fəsadlara səbəb olub”, – Mobil texnologiyaların təhlili üzrə CCS Insight şirkətinin analitiki Ben Vud deyib.

Mesajlaşma proqramı Androidin 2.3.7 və daha əvvəlki versiyaları ilə uzlaşmayacaq.

iPhone qurğularında isə, WhatsApp-ın işləməsi üçün əməliyyat sistemi iOS 8-dən yuxarı olmalıdır. WhatsApp qarşıdan gələn yenilik barədə ilk dəfə 2017-ci ildə bildirib.

Ötən ilin 31 dekabrında WhatsApp Windows Phone smartfonlarına da dəstəyini dayandırıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Mahmud Abbas:

Sonrakı məqalə

Çindən Türkiyə və Azərbaycan vətəndaşlarını daşıyan təyyarə Ankaraya enib –