Makron Avropanın Rusiya ilə dialoqunu bərpa etməyi təklif edib

Fransa prezidenti Emmanuel Makron bir neçə avropalı həmkarına Rusiya Federasiyası ilə dialoqun yenidən başlanmasını təklif etdiyini bildirib.

AzPost xəbər verir ki, o, bu barədə Süddeutsche Zeitung qəzetinə verdiyi müsahibədə danışıb. Makronun sözlərinə görə, Avropa bu mövzuda müzakirələri başqalarına həvalə etməməlidir. “Mənim düşüncəm çox sadədir: bu məsələdə müzakirəni başqalarına tapşırmaq istəyirikmi?” – deyə Fransa lideri sual edib.

Makron vurğulayıb ki, Avropanın coğrafi mövqeyi dəyişməyəcək və Rusiyaya münasibətindən asılı olmayaraq, bu ölkə sabah da Avropanın qonşusu olaraq qalacaq.

Fransa prezidenti həmçinin qeyd edib ki, Avropada yeni təhlükəsizlik arxitekturası Rusiya Federasiyasının iştirakı olmadan qurula bilməz. Onun fikrincə, Avropa ölkələri Moskva ilə dialoq məsələsində “üçüncü tərəflərdən” asılı olmamalıdır.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.