Makron İran prezidentinə Ukrayna ilə bağlı nə təklif edib?- Açıqlandı

Fransa prezidenti Emmanuel Makron iranlı həmkarı İbrahim Rəisidən Rusiya və Ukrayna arasında danışıqlarda vasitəçilik etməsini istəyib.

Azpost.info xəbər verir ki, Fransa liderinin bu məxfi istəyi barədə İran Prezident Administrasiyası rəhbərinin siyasi məsələlər üzrə müavini Məhəmməd Cəmşidi məlumat verib.

Onun sözlərinə görə, bir sıra məsləhətləşmələrdən sonra İran prezidentinin sülh təşəbbüslərini çatdırmaq üçün xarici işlər naziri Hüseyn Əmir Abdullahianın başçılıq etdiyi nümayəndə heyəti Moskvaya göndərilib.

Azpost.info

 

 

Əvvəlki məqalə

Sumqayıt sərnişin stansiyası ərazisində maşın saxlamaq ödənişli olacaq

Sonrakı məqalə

Azərbaycanda daha 621 nəfər COVID-19-a yoluxub