Sumqayıt sərnişin stansiyası ərazisində maşın saxlamaq ödənişli olacaq- Qiymət

Sentyabrın 1-dən etibarən Sumqayıt sərnişin stansiyası ərazisində avtomobillərin parklanması ödənişli əsaslarla mümkün olacaq.

Bu barədə “Azərbaycan Dəmir Yolları”ndan bildirilib.

Məlumata görə, vətəndaşlar Sumqayıt sərnişin stansiyası ərazisində avtomobillərini gün ərzində ödənişli əsaslarla park edə biləcəklər.

Parklanma ərazisi yürüstü və yeraltı olmaqla 2 hissədən ibarətdir.

Ərazidə eyni anda 120 avtomobilin durması üçün şərait yaradılıb. Yerüstü parklanmada 75, yeraltı parklanmada isə 45 avtomobil üçün yerlər ayrılıb. Yerüstü dayanacaqlarda 12 saat üçün durma haqqı 50 qəpik, yeraltı dayanacaqlarda 12 saatlıq durma haqqı 1 AZN -dir.

Ödənişlər yalnız ADY-nin keçid kartları vasitəsilə həyata keçirilir. 12 saatdan sonrakı hər 3 saatadək əlavə durmaya görə müvafiq ödəniş tələb olunur. Yəni yerüstü parklanmada əlavə 50 qəpik, yeraltı parklanmada isə əlavə 1 AZN ödənilir.

Qeyd edək ki, ADY keçid kartlarını bütün sərnişin stansiyalarının kassalarından əldə edə bilər.

 

Əvvəlki məqalə

Aİ Rusiya ilə viza rejiminin sadələşdirilməsi sazişini ləğv edir

Sonrakı məqalə

Makron İran prezidentinə Ukrayna ilə bağlı nə təklif edib?