Azərbaycanda daha 621 nəfər COVID-19-a yoluxub- Operativ Qərargah

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 621 yeni yoluxma faktı qeydə alınıb, 648 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan şəxslər arasında vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 813 437 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 800 127 nəfər müalicə olunaraq sağalıb, 9 805 nəfər vəfat edib, aktiv xəstə sayı 3 505 nəfərdir.

Ölkədə son sutka ərzində 4 032, hazırkı dövrədək isə 7 155 246 test aparılıb.

Əvvəlki məqalə

Makron İran prezidentinə Ukrayna ilə bağlı nə təklif edib?

Sonrakı məqalə

Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Polad Həşimovun portretini çəkdi –