Makron Putinlə İlham Əliyev və Paşinyanın sabahkı görüşünü müzakirə edib

10 Yanvar 2021 - 16:39

Rusiya Prezidenti Vladimir Putin və Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Putin və E. Makron sabah Moskvada Rusiya Prezidentinin təşəbbüsü və iştirakı Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında keçiriləcək görüş barədə müzakirə aparıb.

Fransa prezidenti Rusiyanın məsələnin həlli ilə bağlı vasitəşilik səylərini dəstəklədiyini bildirib.