Azərbaycanda bir gündə 601 nəfər yoluxub-1593 nəfər COVID-19-dan sağalıb, 19 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 601 yeni yoluxma faktı qeydə alınıb,  1593 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 19 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 224 651  nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 208 681 nəfər müalicə olunaraq sağalıb, 2 909 nəfər vəfat edib, aktiv xəstə sayı 13 061  nəfərdir.

Ölkədə son sutka ərzində 8 368, hazırkı dövrədək isə  2 267 923 test aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Ermənistan artıq münaqişənin tərəfi deyil, ona ehtiyac qalmayıb” –

Sonrakı məqalə

Makron Putinlə İlham Əliyev və Paşinyanın sabahkı görüşünü müzakirə edib