Makron Putinə verdiyi ordeni geri almaq istəyir- Kremldən REAKSİYA

“Prezident Vladimir Putinin Fransanın “Fəxri Legion” ordenindən məhrum edilməsi onun üçün problem olmayacaq”.

Azpost.info xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Mən bunun Putin üçün problem olacağını düşünmürəm. Onun qarşısında Rusiya vətəndaşlarına da məlum olan digər prioritet məsələlər var”, – Peskov deyib.

Qeyd edək ki, Fransa prezidenti Emmanuel Makron Ukraynadakı hərbi əməliyyatlara görə Rusiya prezidenti Vladimir Putini “Fəxri Legion” ordenindən məhrum edə biləcəyini bildirib. O, bu barədə Aİ-nin Brüssel sammitindən sonra jurnalistlərə bildirib.

Makronun sözlərinə görə, bu, simvolik, lakin vacib jest olardı. Orden Putinə 2006-cı ildə təqdim edilib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.