Makron Rusiyanın G8 formatına qayıtmasının əleyhinə çıxıb

Fransa Prezidenti Emmanuel Makron Rusiyanın yenidən G8 (“Böyük səkkizlik”) formatına qayıtması təklifinə qarşı çıxıb və bunun üçün hazırda heç bir şəraitin mövcud olmadığını bildirib.

O, bu fikirləri Yohannesburqda keçirilən G20 sammiti çərçivəsində jurnalistlərə açıqlayıb.

Makron qeyd edib ki, “Rusiyanın G8-ə qayıtması üçün şərtlər bu gün yerinə yetirilməyib. Bundan əlavə, bu formatın bərpası bütün iştirakçı ölkələrin yekdil razılığından asılıdır”. Fransanın dövlət başçısı, həmçinin vurğulayıb ki, ölkəsi 2026-cı ildə G7-yə sədrliyə başladıqda bu məsələ ilə bağlı “başqalarına nə edəcəklərini diktə etməyəcək”.

Makron, eyni zamanda Braziliya, Hindistan, Çin və Cənubi Afrikanı misal çəkərək bu assosiasiyaya daxil olmayan ölkələrlə daha sıx əməkdaşlıq edərək “Fransız G7 modeli” qurmaq niyyətində olduğunu bildirib.

“Bizim orijinal və müəyyən qədər yeni formatımız olacaq, çünki bizə birlik lazımdır”, – deyə o əlavə edib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.