Makron Şoyqunun sözlərindən narazı qalıb

Fransa prezidenti Emmanuel Makron Rusiya müdafiə naziri Sergey Şoyqunun həmkarı Sebastien Lekornu ilə danışıqlar zamanı dediklərini təhdid adlandırıb.

Azpost.info xəbər verir ki, Makronun sözlərinə görə, bu cür bəyanatlar qəribə təsir bağışlayır.

“Rusiya tərəfinin bəzi şərhləri qəribə və təhdidedici idi”, – Makron qeyd edib.

Lekornu ilə danışıqlar zamanı Şoyqu Moskva yaxınlığındakı “Crocus City Hall” konsert zalında törədilən terror aktı ilə bağlı işə son qoyulacağını bildirib. Rusiyalı nazir bu cinayətin arxasında Fransa xüsusi xidmət orqanlarının olmadığına ümid etdiyini bildirib.

Azpost.info

Əvvəlki məqalə

Dini icmaların rəhbərləri Ramazan ayı ilə əlaqədar birlikdə dua edib

Sonrakı məqalə

Avropa Komissiyasının Prezidenti İlham Əliyevə zəng edib