Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

“Makronun bəyanatı təhdid və şantajdır” –

User 06 Aprel 2023 - 17:50 (Last updated: 21 May 2025 - 20:15)
Moscow in pictures

“Fransanın başqa ölkələri təhdid etməyə haqqı yoxdur”.

Azpost.info bildirir ki, bu sözləri Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova bu günkü brifinqdə bildirib.

Mariya Zaxarova paytaxt Moskvada keçirdiyi həftəlik mətbuat konfransında aktual mövzularla bağlı açıqlamalar verib.

XİN rəsmisi Fransa prezidenti Emmanuel Makronun “Rusiyaya kömək edəcək olan ölkələr Rusiyanın şəriki kimi qəbul ediləcək” bəyanatına reaksiya verib: “Ölkəmizə yardım etmək niyyətində olan, ölkəmizlə qarşılıqlı əlaqədə, əməkdaşlıq edən ölkələrə qarşı təhdidlər açıq-aşkar şantajdır. Suveren ölkələrlə bu şəkildə danışmaq haqqını kimin verdiyini anlamaq mümkün deyil. Heç kimin belə bir hüququ yoxdur. İlk növbədə, öz suveren, müstəqil siyasətini həyata keçirsinlər, milli maraqlarını müdafiə etməyi öyrənsinlər”, – deyə Mariya Zaxarova əlavə edib.

Britaniyanın Ukraynaya zəiflədilmiş uranlı sursatları göndərmək planlarına toxunan Mariya Zaxarova deyib: “Biz əlimizdən gələni edəcəyik ki, heç kim bu məsuliyyətsiz addımı atmasın”.

Rusiyanın Belarusda taktiki nüvə silahı yerləşdirməsi məsələsinə də toxunan Mariya  Zaxarova bildirib ki, Rusiya və Belarus xarici təhdidlərə qarşı ortaq müdafiə zonası qurur.

“Belarusla nüvə zonası daxil olmaqla hərbi əməkdaşlıq Rusiya Federasiyasının bütün mövcud beynəlxalq hüquqi öhdəliklərinə uyğundur. Gələcək addımlar hərbi-strateji vəziyyətin inkişafına uyğun olacaq. İndiki mərhələdə təəssüf ki, sözügedən vəziyyət pisləşməkdə davam edir. Bunun səbəbi Amerika Birləşmiş Ştatları  və NATO müttəfiqlərinin yürütdüyü siyasət və konkret hərəkətləridir”,-deyə Rusiya Xarici İşlər Nazirliyini sözçüsü qeyd edib.

Qərb ölkələrinin münaqişəni uzatmaq üçün Ukraynaya silah göndərməyə davam etdiyini bildirən Mariya Zaxarova ABŞ-ın Ukraynaya 2,6 milyard dollarlıq yeni hərbi yardım edəcəyinə diqqət çəkib.

Mariya Zaxarova bununla belə, ABŞ-ın müharibə başlayandan bəri Ukraynaya hərbi dəstəyinin 35 milyard dolları keçəcəyini bildirib.

Rusiya XİN-in sözçüsü deyib:”Bu, sadəcə ABŞ-ın etdiyi yardımdır. ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, Kanada, eləcə də İspaniya, Hollandiya, Norveç, Danimarka, Polşa, Portuqaliya, Finlandiya və İsveçrə hərbi dəstək verib və ya göstərməyi planlaşdırır. Bu ölkələrin əksəriyyəti daha əvvəl ölkəmizlə savaşmağa çalışıb”.

Post navigation

Previous: Ağcaqanadlarla ötürülən xəstəliklərin sayı artıb
Next: Putin yeni təhlükəsizlik konsepsiyasının hazırlandığını elan etdi

Oxşar xəbərlər

netanyahu
  • Dünya

Netanyahu parlament çoxluğunu itirdi – Hökumət böhranı yarana bilər

User 29 Oktyabr 2026 - 20:30
Almaniya
  • Dünya

Almaniya Litvada Rusiyaya qarşı elektron kəşfiyyat aparacaq

User 29 Oktyabr 2026 - 20:20
vens
  • Dünya

İran ABŞ-ın vitse-prezidentinin məktubuna cavab verməyib – Tehran susur

User 29 Oktyabr 2026 - 19:47

xƏBƏR

netanyahu
  • Dünya

Netanyahu parlament çoxluğunu itirdi – Hökumət böhranı yarana bilər

User 29 Oktyabr 2026 - 20:30
İsrailin Baş naziri Benyamin Netanyahunun rəhbərlik etdiyi koalisiya parlament seçkilərində Knessetdə 53 mandat qazanıb. Bununla da hökumət...
Read more about Netanyahu parlament çoxluğunu itirdi – Hökumət böhranı yarana bilər
Almaniya Litvada Rusiyaya qarşı elektron kəşfiyyat aparacaq Almaniya
  • Dünya

Almaniya Litvada Rusiyaya qarşı elektron kəşfiyyat aparacaq

User 29 Oktyabr 2026 - 20:20
Gəzərkən baldırınız ağrıyırsa, diqqətli olun – həkim xəstəliyin əlamətini açıqladı ayaq key
  • Maraqlı

Gəzərkən baldırınız ağrıyırsa, diqqətli olun – həkim xəstəliyin əlamətini açıqladı

User 29 Oktyabr 2026 - 20:10
Kartof zərərlidir, yoxsa faydalı? – Bu məhsulla bağlı 5 mif açıqlandı kartof qaynadilmis
  • Maraqlı

Kartof zərərlidir, yoxsa faydalı? – Bu məhsulla bağlı 5 mif açıqlandı

User 29 Oktyabr 2026 - 20:00
İran ABŞ-ın vitse-prezidentinin məktubuna cavab verməyib – Tehran susur vens
  • Dünya

İran ABŞ-ın vitse-prezidentinin məktubuna cavab verməyib – Tehran susur

User 29 Oktyabr 2026 - 19:47
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.