Fransa prezidenti Emmanuel Makron və həyat yoldaşı Bricit Makronun Vyetnama rəsmi səfəri zamanı maraqlı və gözlənilməz hadisə yaşanıb. AzPost xəbər verir ki, dövlət başçısının həyat yoldaşı ona sillə vurub. Bu an kameralar tərəfindən qeydə alınıb.
Fransanın BFM RMC nəşrinin yaydığı görüntülərdə qırmızı kostyumlu Bricit Makronun təyyarədən enən prezidentin üzünə sillə vurduğu görünür. Kadrlarda daha sonra Bricit Makronun ərinə əl uzatmadan nümayişkaranə şəkildə irəlilədiyi əks olunub.
Hadisə ilə bağlı Yelisey sarayının nümayəndələri görüntülərin həqiqiliyini təsdiqləyib, lakin rəsmi açıqlama verməkdən imtina ediblər. Nəşrin prezident cütlüyünün yaxın çevrəsinə istinadən verdiyi məlumata görə, insident “kiçik ailə mübahisəsi” zəminində baş verib.
Fransa prezident administrasiyası isə birinci ailənin şəxsi münasibətləri barədə danışmağı məqsədəuyğun saymayıb. Məsələ sosial şəbəkələrdə və mediada geniş müzakirələrə səbəb olub.
Qeyd edək ki, Makronun Vyetnama səfəri onun Asiyaya diplomatik turunun tərkib hissəsidir. Səfər çərçivəsində bir sıra görüşlərin və əməkdaşlıq sazişlərinin imzalanması planlaşdırılır.