Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Makronun Qarabağla bağlı dedikləri Rusiya XİN-ni təəccübləndirib

User 06 İyul 2023 - 14:51 (Last updated: 21 May 2025 - 20:15)
Moscow in pictures

“Bizi çox az şey təəccübləndir. Lakin Fransa prezidenti Makron hərdən buna nail olur”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Fransa Prezidenti Emmonuel Makronun anti-Azərbaycan bəyanatlarına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Makronun iyunun 28-də Marsel şəhərində çıxışında Azərbaycan Prezidenti İlham Əliyevə Ermənistan Baş naziri Nikol Paşinyana göstərdiyindən daha çox təzyiq göstərməsini bəyan etməsi Rusiyanı təəccübləndirib: “Prezident Makronun təvazökarlığı onun ancaq kişiliyinə uduzur. Biz əlbəttə ki, onun Qarabağ nizamlanması ilə bağlı şəxsi rolu və xidmətləri barədə pafosla danışmasına təəccüblənməyə bilmirik. Təəssüf ki, o, bu qədər məhsuldar işlərin praktiki nəticələri barədə heç bir şey deməyib. Proses var, nəticə yoxdur. Mümkündür ki, o, ona görə bu haqda danışmayıb ki, heç kəs heç vaxt nəticələri görməyib. Bizdə uzun müddətdir ki, Fransanın Qarabağ nizamlanmasına müsbət töhfə verə biləcəyi ilə bağlı heç bir illüziya yoxdur”.

Zaxarovanın fikrincə, ATƏT-in Minsk Qrupunun dağılmasında Paris də rol oynayıb: “Ötən il Fransanın Milli Assambleyası tərəfindən Azərbaycan əleyhinə bəyanatın qəbul olunması, Fransa Azərbaycanın fikrini nəzərə almadan avropalı müşahidəçilərin şübhəli mandatlı mülki missiyasını Ermənistana göndərməsi Fransanın regional münaqişədə tutduğu mövqeyə bariz nümunədir.

Bu nümayişkaranə addımlar tərəflərə kömək etməyə istiqamətlənməyib, Rusiyanı regiondan sıxışdırıb çıxarmağa və öz məqsədlərinə nail olmağa istiqamətlənib”.

Post navigation

Previous: İyulun 8-9-da 40 minə yaxın abituriyent qəbul imtahanı verəcək
Next: “Ukrayna üzrə sülh danışıqları payızda başlaya bilər”

Oxşar xəbərlər

bomba teyare
  • Dünya

Tramp İrana yeni zərbə hazırlayır? – “Bütün bombaların anası” gündəmdə

User 30 Oktyabr 2026 - 15:22
zelenski
  • Dünya

Zelenski Putinə ərazi məsələsini müzakirə etməyə hazır olduğunu bildirdi

User 30 Oktyabr 2026 - 14:22
tdt bas katib yeni
  • Dünya

Türk Dövlətləri Təşkilatının yeni Baş katibi məlum olub

User 30 Oktyabr 2026 - 12:13

xƏBƏR

hikmet cefri saks
  • Siyasət

“Azərbaycan Ermənistanla əbədi sülh yolunu seçib” – Hikmət Hacıyev

User 30 Oktyabr 2026 - 18:25
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev ABŞ iqtisadçısı və professor Ceffri Saksla söhbətdə Azərbaycanın enerji siyasəti, Avropa ilə...
Read more about “Azərbaycan Ermənistanla əbədi sülh yolunu seçib” – Hikmət Hacıyev
65 yaşdan sonra həftədə neçə dəfə çimmək lazımdır? hamam
  • Maraqlı

65 yaşdan sonra həftədə neçə dəfə çimmək lazımdır?

User 30 Oktyabr 2026 - 18:09
Yüksək təzyiqə qarşı faydalı tərəvəz – Kardioloq nəyi tövsiyə edir? urek
  • Maraqlı

Yüksək təzyiqə qarşı faydalı tərəvəz – Kardioloq nəyi tövsiyə edir?

User 30 Oktyabr 2026 - 17:55
Ərdoğan Ceyhun Bayramovu qəbul edib erdoqan ceyhun01
  • Baş Yazı

Ərdoğan Ceyhun Bayramovu qəbul edib

User 30 Oktyabr 2026 - 17:51
Oktyabrın 31-də maqnit qasırğası gözlənilir – Azərbaycana təsiri olacaqmı? maqnit
  • Maraqlı

Oktyabrın 31-də maqnit qasırğası gözlənilir – Azərbaycana təsiri olacaqmı?

User 30 Oktyabr 2026 - 17:46
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.