Fransa prezidenti Emmanuel Makronun Rusiyaya səfərinə hazırlıq gedir.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Fransanın Rusiyadakı səfiri Pyer Levi “Ria novosti”yə müsahibəsində bildirib.
Səfir Makronun səfərinin hələlik konkret tarixinin məlum olmadığını qeyd edib.
Kremlin mətbuat katibi Dmitri Peskov da Fransa prezidentinin Rusiyaya səfərə hazırlaşması barədə xəbərə münasibət bildirib.
Kremlin sözçüsü Makronun səfəri ilə bağlı hələlik konkret tarixin olmadığını təsdiqləyib: “Lakin siz bilirsiniz ki, Putin və Makron olduqca intensiv dialoqu dəstəkləyirlər”.