Malayziyanın kralı və kraliçası karantinə aparıldı

Malayziya Kralı Sultan Abdulla Riyətəddin əl-Mustafa və kraliça Əzizə Əminə Maymuna İsgəndəriyyədə karantinə yerləşdiriliblər.

Trend-in məlumatına görə, buna səbəb Kral Sarayının yeddi əməkdaşında koronavirusun aşkar edilməsi olub.

Qeyd olunur ki, Kral və kraliça üzərində keçirilən test mənfi göstərib. Buna baxmayaraq, onların 14 gün müddətinə karantinə alınması məsləhət görülüb.

Bu günədək Malayziyada 1 796 nəfər koronavirusa yoluxub, 21 nəfər ölüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dənizkənarı Milli Parkda növbəti dezinfeksiya işləri aparılıb

Sonrakı məqalə

“Rayonda vəziyyət stabildir, əhaliyə maksimum şəkildə yardım olunur”