“Malikanəsində hovuzu olan həyatından şikayət edir” –Məşhur aktyor karantini dəstəklədi

“Qızıl Qlobus” un aparıcısı, aktyor Riki Cerveys karantin rejiminin çətinliyindən şikayət edən məşhurları tənqid edib.

Axşam.az xəbər verir ki, bu barədə aktyor “The Sun” nəşrinə müsahibəsində danışıb:

“Mən artıq deyingən insanları görmək və eşitmək istəmirəm. Britaniyada həkimlər 14 saatlıq iş rejimində çalışırlar və şikayət də etmirlər. Qoruyucu maskalarını üzlərində yara əmələ gəlsə belə, çıxarmırlar. Özlərini və ailələrini sizin üçün təmənnasız təhlükəyə atırlar. Amma mən internetdə görürəm ki, malikanəsində hovuzu olan şəxs həyatından şikayət edir. Artıq bu cəfəngiyatı dinləmək istəmirəm”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir