“Mançester Siti” 40 milyona 18 yaşlı futbolçu alır

“Mançester Siti” “Palmeyras”ın futbolçusu Vitor Reysi transfer edir.

AzPost Qol.az-a istinadən xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

Braziliya klubu 18 yaşlı müdafiəçi üçün 40 milyon avro tələb edib. “Şəhərlilər” isə bununla razılaşıb.

Qeyd edək ki, Vitor Reys karyerası ərzində 38 matça çıxıb və 2 qol vurub. Onun “Palmeyras” ilə müqaviləsi 2028-ci ilin dekabr ayına qədərdir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.