“Mançester Yunayted” Federasiya Kubokunun qalibi olub

Futbol üzrə İngiltərə Federasiya Kubokunun qalibi bəlli olub.

Finalda “Mançester Siti” və “Mançester Yunayted” komandaları üz-üzə gəlib. Görüş “qırmızı şeytanlar”ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı 30-cu dəqiqədə Alexandro Qarnaço açıb. Kobi Maino 39-cu dəqiqədə fərqi iki topa çıxarıb. Matçın yekun nəticəsini 87-ci dəqiqədə Ceremi Doku müəyyənləşdirib.

Bununla da “Mançester Yunayted” tarixində 13-cü dəfə Federasiya Kubokunun qalibi olub.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.