Maqnit qasırğası barədə xəbərdarlıq- Rabitə xətləri və peyk bağlantıları...

geomaqnit qasırğası
geomaqnit qasırğası

Elm adamları iyunun 2-də Yer kürəsini növbəti güclü maqnit qasırğasının vuracağını açıqlayıblar. AzPost xəbər verir ki, bu barədə məlumat Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun rəsmi saytında yayımlanıb.

Qeyd edilib ki, ilk maqnit qasırğası dalğası iyunun 1-də qeydə alınıb və Yer kürəsinin geomaqnit vəziyyətini gərginləşdirib. Elm adamları iyunun 2-də səhər saatlarında Günəşdən gələn yeni zərbənin müşahidə olunduğunu bildiriblər.

Məlumata görə, günəş küləyinin sürəti və temperaturu rekord göstəricilərdən bir qədər aşağı düşsə də, hələ də yüksək səviyyədə qalmaqdadır. Bu isə geomaqnit fırtınaların davam etməsi ehtimalını artırır.

Rəsmi açıqlamada bildirilib ki, hazırda Yer kürəsi ətrafında geomaqnit vəziyyət narahat və qeyri-sabitdir. Alimlər iyunun 4-ü axşam saatlarında vəziyyətin stabilləşəcəyini proqnozlaşdırırlar.

Mütəxəssislər xüsusilə meteohəssas insanlar, yaşlılar və ürək-damar problemi olan şəxslərə xəbərdarlıq ediblər. Belə havalarda baş ağrısı, təzyiqin qalxması, yuxusuzluq və əsəbilik halları arta bilər.

Günəş fəallığının yüksək olması həmçinin texnoloji sistemlər, rabitə xətləri və peyk bağlantılarına da təsir göstərə bilər. Buna görə də müvafiq qurumlar ehtiyat tədbirləri görməyə çağırılıb.

Elm adamları Günəş aktivliyinin yaxın günlərdə nəzarətdə saxlanılacağını və geomaqnit göstəricilərin daim yenilənəcəyini bildiriblər.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.