Marneulidə məcburi köçkün qəsəbəsi salınır

07 İyul 2020 - 14:00

Gürcüstanda azərbaycanlıların sıx yaşadıqları Marneuli rayonunda məcburi köçkünlər üçün 31 yaşayış evindən ibarət kənd tipli qəsəbə inşa olunur.

“Report”un yerli bürosu xəbər verir ki, qəsəbəyə illərdir yararsız binalarda yaşayan məcburi köçkün ailələri köçürüləcək.

Layihə Gürcüstan və Almaniya hökumətlərinin birgə əməkdaşlığı sayəsində həyata keçirilir.

Gürcüstanın məcburi köçkünlərin işləri, əmək, səhiyyə və sosial müdafiə naziri Ekaterina Tikaradze və Almaniya səfiri Xubert Knirş Marneuliyə səfər edərək tikinti işləri ilə yerində tanış olublar.