Mart ayında 10 gün iş olmayacaq- Bayram TƏQVİMİ

Mart ayında bayramlarla əlaqədar 10 gün iş olmayacaq.

Martın 8-i Qadınlar günü kimi qeyd olunur və Qadınlar günü iş günü hesab edilməyən bayramlardandır.

Nazirlər Kabineti tərəfindən təsdiqlənən müvafiq qərara əsasən isə 2023-cü il martın 20, 21, 22, 23 və 24-ü Novruz bayramıdır.

2023-cü ildə 18, 19 və 25, 26 mart tarixləri şənbə və bazar günlərinə təsadüf edir. Beləliklə, bu il Novruz bayramı ilə əlaqədar ardıcıl 9 gün iş olmayacaq.

Başqa sözlə, mart ayında bayramlarla əlaqədar 10 gün iş olmayacaq.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.