“Martda razılığa gəlməyə hazır idik, ABŞ, Britaniya qoymadı”- LAVROV

“Martda İstanbulda keçirilən Rusiya-Ukrayna danışıqlarında tərəflər razılığa gəlməyə hazır idi”.

Azpost.info xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“Martın sonunda Ukrayna nümayəndə heyəti ilə danışıqlar masası arxasında oturduq. Həmin vaxt bu vəziyyətin həllinə yanaşma İstanbulda ukraynalıların təklif etdiyi prinsiplər əsasında razılaşdırılmışdı”, – Rusiya XİN rəhbəri bildirib.

Lavrov qeyd edib ki, Kiyevin şərtləri ilə atəşkəs haqqında razılığa gələ bilərdilər. Lakib Britaniya və ABŞ imkan verməyib: “Danışıqlar ABŞ və Londonun birbaşa göstərişi ilə dayandırıldı. Bu müharibəni Zelenski rejiminə tamamilə nəzarət edən anqlosakslar idarə edir. Polşa və Baltikyanı ölkələr də onlara qoşulmağa çalışırlar”.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.