“Martın 21-də məni həbs edəcəklər”– Tramp tərəfdarlarını küçələrə çıxmağa çağırdı

ABŞ-ın keçmiş prezidenti Donald Tramp martın 21-də həbs olunacağını bildirib və tərəfdarlarını küçələrə çıxmağa çağırıb.

Azpost.info xəbər verir ki, “Reuters” bunu Trampın “Truth” sosial şəbəkəsindəki paylaşımına istinadən yazır.

“Respublikaçıların aparıcı namizədi və Birləşmiş Ştatlarının keçmiş prezidenti gələn həftənin çərşənbə axşamı günü həbs olunacaq. Etirazlara çıxın, ölkəmizi qaytarın”, – Tramp sosial şəbəkədə yazıb.

Manhetten Prokurorluğu Trampa qarşı ittiham irəli sürüb. Ağ Evin keçmiş rəhbəri hansı ittihamla həbs olunacağını açıqlamayıb.

Həbs baş tutarsa, Tramp cinayət məsuliyyətinə cəlb edilən ilk ABŞ prezidenti olacaq.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.