Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Masallıda gənclər üçün ictimai iştirakçılıqla bağlı tədbir keçirilib

User 29 Sentyabr 2023 - 18:09 (Last updated: 21 May 2025 - 20:15)
1 (2)
 Sentyabrın 28-də Masallıda “Tərəqqi” Gəncliyin İnkişafı İctimai Birliyi (GİİB) tərəfindən “Gənclər arasında ictimai iştirakçılığın təbliği istiqamətində tədbirlərin təşkili” layihəsinin ilk seminarı keçirilib.
Üç ay (1 avqust – 30 oktyabr 2023-cü il) davam edəcək layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə “Tərəqqi” GİİB tərəfindən gerçəkləşir. Layihənin məqsədi regionda mərkəzi icra hakimiyyəti orqanlarının filial və idarələrində, yerli idarəetmə orqanlarında gənclərin ictimai iştirakçılığa cəlb olunmasına töhfə verməkdir.
     Gənclərin İnkişaf və Karyera Mərkəzinin Masallı nümayəndəliyinin tərəfdaşlığı ilə təşkil olunan seminarda 20 gənc iştirak edib.
“Tərəqqi” GİİB-nin sədri, layihə rəhbəri Raci Səfərov bildirib ki, son dövrlər dünyada gedən qloballaşma şəraitində Azərbaycan Respublikasında aparılan islahatlar gənclərimizin ictimai iştirakçılıq sahəsində fəaliyyətinin gücləndirilməsini zəruriləşdirib: “Bunlardan dövlət və cəmiyyət həyatının müxtəlif sahələrində dövlət siyasətinin hazırlanmasında və həyata keçirilməsində, ümumdövlət və yerli səviyyədə qərarların qəbulunda, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş mərkəzi icra hakimiyyəti orqanlarının, yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə ictimai nəzarətin təşkilində vətəndaşların və vətəndaş cəmiyyət institutlarının bu ictimai iştirakçılıq haqqında qanunla müəyyən edilmiş formalarda iştirakı, dövlət və yerli özünüidarəetmə orqanlarının ictimaiyyətlə məsləhətləşməsi və ictimai rəyin nəzərə alınması aid olunmalıdır. Həmçinin  nəzərdə tutulmuş məqsədlərin həyata keçirilməsi üçün mərkəzi və yerli icra hakimiyyəti orqanlarının və yerli özünüidarəetmə orqanlarının yanında yaradılan məşvərətçi qurumların yaradılmasında, ictimai əhəmiyyətli qərarların qəbulu zamanı müvafiq məsələlər barəsində əhalinin müxtəlif təbəqələrinin təkliflərinin hazırlanmasında, hüquqi aktların layihələrinə, dövlət və cəmiyyət həyatının ayrı-ayrı məsələlərinə dair ictimaiyyətlə məsləhətləşmələrin keçirilməsində cəmiyyətin, o cümlədən onun fəal kəsimini təşkil edən gənclərin iştirakını zəruri etmişdir…”
Müstəqil ekspert Afiq Məlikov tərəfindən idarə edilən seminarın sonunda iştirakçılara sertifikatlar təqdim olunub.
 Akif AĞAYEV

Post navigation

Previous: FHN Xankəndidəki YDM-də baş vermiş yanğından görüntü yayıb –
Next: DSX -dan Laçında saxlanılan “müdafiə naziri” Mnatsakanyan barədə açıqlama

Oxşar xəbərlər

aqil abbas
  • Sosial

“Atamın Ağdamda evi olub, niyə mənə ev düşmür?” – Aqil Abbasla Sahibə Qafarova arasında mübahisə

User 30 Oktyabr 2026 - 13:10
Hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 30 Oktyabr 2026 - 12:59
eli esedov parle
  • Sosial

Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb

User 30 Oktyabr 2026 - 10:49

xƏBƏR

tramp putin zelenski
  • Dünya

Rusiya, Ukrayna və ABŞ arasında görüş noyabrda keçiriləcək – Tarix razılaşdırılır

User 30 Oktyabr 2026 - 20:22
Rusiya və ABŞ Əbu-Dabidə keçiriləcək üçtərəfli görüşün tarixlərini razılaşdırmağa başlayıb. Görüş noyabr ayında baş tutacaq. Bu barədə...
Read more about Rusiya, Ukrayna və ABŞ arasında görüş noyabrda keçiriləcək – Tarix razılaşdırılır
Oynaq ağrılarından qorunmaq üçün 6 faydalı qida – Mütəxəssislər tövsiyə edir ayaq oynaq
  • Maraqlı

Oynaq ağrılarından qorunmaq üçün 6 faydalı qida – Mütəxəssislər tövsiyə edir

User 30 Oktyabr 2026 - 20:15
İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib ilam futbol
  • İdman

İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib

User 30 Oktyabr 2026 - 19:53
Tramp gələn həftə İrana zərbə endirə bilər – Associated Press tramp iran
  • Dünya

Tramp gələn həftə İrana zərbə endirə bilər – Associated Press

User 30 Oktyabr 2026 - 19:12
“Azərbaycan Ermənistanla əbədi sülh yolunu seçib” – Hikmət Hacıyev hikmet cefri saks
  • Siyasət

“Azərbaycan Ermənistanla əbədi sülh yolunu seçib” – Hikmət Hacıyev

User 30 Oktyabr 2026 - 18:25
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.