Masallıda kişi avtomatla arvadını, qaynını və qaynanasını güllələdi

26 Fevral 2020 - 16:12

Masallı rayonunda dəhşətli qətl hadisəsi baş verib.

Masallı rayon, Təzəkənd sakini ailə münaqişəsi zəminində avtomatla həyat yoldaşını, qaynını və qaynanasını güllələyib.

Daha sonra əlindəki silahla özünə atəş açıb.

Hadisə zamanı hadisəni törədən şəxsin həyat yoldaşı və qaynı yerindəcə keçinib. Qaynanasının vəziyyəti isə ağırdır.

Hadisəyə həyat yoldaşının ondan boşanmaq istəməsi olub. Məlumata görə, qadının yaxınları evdən mebellərini aparmağa gəliblərmiş. (BAKU.WS)