Masallıda koronavirus olan qəssab yaşadığı evi tərk edərək ət satmağa gəlib –Polis saxladı

Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə COVID-19 infeksiyasına yoluxmuş rayon sakininin yaşayış yerini tərk edərək işlədiyi ət satışı dükanında olduğu müəyyən edilib.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Masallı rayonunun Ərkivan qəsəbə sakini Mösüm Kazımova COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib və ona tətbiq olunan qaydalara riayət etməsi, yaşayış yerini tərk etməməsi tapşırılıb.

Lakin Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxsin yaşayış yerini tərk etdiyi müəyyən edilib və o, işlədiyi Ərkivan qəsəbəsində yerləşən ət dükanında aşkarlanıb. M.Kazımov polis əməkdaşları tərəfindən nəzərdə tutulmuş qaydalara uyğun olaraq dərhal təcili tibbi yardım vasitəsilə yaşadığı evə aparılıb. İşlədiyi mağaza isə Qida təhlükəsizliyi İdarəsinin əməkdaşları və Gigiyena və Epidemiologiya İdarəsinin əməkdaşları tərəfindən baxış keçirildikdən sonra bağlanılıb.

COVID-19 infeksiyasının daşıyıcısı olan M.Kazımovla profilaktik söhbətlər aparılıb, onun bu hərəkətlərinin digər şəxslərin həyat və sağlamlığı üçün təhlükəli olduğu diqqətinə çatdırılıb və tam sağalanadək evdən çıxmaması barədə ciddi xəbərdarlıq edilib.

Həmin şəxsin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün Masallı RPŞ-nin İstintaq Bölməsində araşdırmalar aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Qızıl Xaç Komitəsi videosu rezonans doğurmuş azərbaycanlı hərbi əsirlərə baş çəkib

Sonrakı məqalə

“Virusa görə 2 min 300-ə yaxın məhkum vaxtından əvvəl azad olunub” –