Masallıda şəhid əsgər Nurlan Əbilov dəfn edilib –FOTO

Masallıda Azərbaycan Ordusunun şəhid olmuş əsgəri Nurlan Əbilov dəfn edilib.

O, Masallı rayonunun Şərəfə kənd qəbiristanlığında torpağa tapşırılıb.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov tabuta bükülmüş Azərbaycan Bayrağını şəhidin övladına təhvil verib.

Qeyd edək ki, Nurlan Fərrux oğlu Əbilov Prezident İlham Əliyevin qismən səfərbərlik haqqında elan etdiyi sərəncamla ordu sıralarına çağırılmışdı. O, Vətən müharibəsində Füzuli istiqamətində gedən döyüşlərdə ağır yaralanmışdı və aylardır ki, komada idi.

Nurlan Əbilov bu gün səhər saatlarında müalicə aldığı Silahlı Qüvvələrin Baş Klinik Hospitalında vəfat edib.

“Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilən şəhidimiz ailəli idi, iki övladı var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Kadırovun oğlu rinqdə döyülsə də qalib elan olundu –

Sonrakı məqalə

Bakıda parkda abadlıq işlərinə 5 milyon manat ayrılıb